BaşlıcaSiyasət

Taguhi Tovmasyan: Azərbaycanın əsirlərlə bağlı məsələni siyasiləşdirməsini qəbuledilməzdir

ER Parlamentinin İnsan Hüquqları və İctimai Məsələlər üzrə Daimi komissianın Taguhi Tovmasyan Azərbaycandakı erməni hərbi əsirlərin dərhal geri qaytarılması üçün ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər nazirinə və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə təcili müraciət edib.

Taguhi Tovmasyan ATƏT-in fəaliyyətdə olan sədrinin diqqətini Azərbaycan tərəfindən erməni hərbi əsirlərin qaytarılması məsələsinin yolverilməz şəkildə siyasiləşdirilməsinə və yeni ilkin şərtlərin irəli sürülməsinin yolverilməzliyinə yönəldib.

Müraciətdə deyilir ki, hazırkı vəziyyətdə beynəlxalq tərəfdaşlar tərəfindən sərt reaksiya olmadan biz real irəliləyişi təmin edə bilmərik.

Qeyd olunub ki, hərbi əsirlərin qaytarılmasının gecikdirilməsi, siyasi və hərbi məqsədlərlə insanların saxlanması müharibə cinayətidir və Azərbaycan hələ də onları qayıtmır, əksinə, bu prosesi siyasiləşdirir, yeni ilkin şərtlər irəli sürür.

Üstəlik, Azərbaycanda süni məhkəmələr aparılır, əsirlərə irqi-dini zəmində qeyri-insani işgəncələr verilir. Azərbaycan qanunsuz cinayət təqibi prosesinə başlamaqla öz nəzarətində olan erməni hərbi əsirləri Cenevrə Konvensiyaları ilə müəyyən edilmiş statusdan məhrum etməyə çalışır:

“Bütün qeyd olunan halları nəzərə alaraq, mən gözləyirəm ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün Azərbaycana ciddi siyasi təzyiq göstərəcək. Azərbaycan hərbçiləri tərəfindən əsir götürülən erməni hərbçilər, mülki şəxslər dərhal azad edilməli və Ermənistana qaytarılmalıdır.

Bu, heç bir ilkin şərt olmadan edilməlidir”.

Daha çox göstər
Back to top button