ArtsaxBaşlıcaSiyasət

Artsax xalqı öz gələcəyini Artsaxda görür

Mayın 22-də Stepanakertdə Dağlıq Qarabağ Respublikasının demoqrafik problemlərinə həsr olunmuş konfrans keçirilib. Konfrans “The Future Armenian” Fondu tərəfindən təşkil edilib. Artsax konfransı birinci addım idi, ikincisi isə payızda Yerevanda keçiriləcək Ümumerməni Forumu olacaq.

Artsax konfransının iştirakçılarını fondun 6 həmtəsisçisindən 4-ü – Artsax dövlət naziri və prezidenti alqışladı.

Dövlət naziri Artak Beqlaryan respublikanın inkişafının bir sıra əsas istiqamətlərini, o cümlədən sabit təhlükəsizlik, artan demoqrafik problemlər, iqtisadi inkişaf, keyfiyyətli təhsil istiqamətləri təqdim etdi.

“Artsax üçün demoqrafik göstəricilər çox önəmlidir. Müharibədən sonra bəzi proqramlar həyata keçirildi, lakin onlar qısamüddətli idi. Ona görə də konfransın keçirilməsi vaxtındadır”, – Beqlaryan bildirib.

Artsax konfransından əvvəl bir qrup ekspertin işi aparılıb və iclas iştirakçılarının müzakirəsinə bir neçə ssenari təqdim edilib.

“Təhlükəsizlik, iqtisadiyyat, demoqrafiya- bunlar Artsaxın əsas məsələləridir”,- deyə Arstaxın Prezidenti Arayik Harutyunyan qeyd etdi.

“Artsax yaşayır, bu cür məsələləri müzakirə edisək gələcəyə inanmağımız var deməkdir”,- deyə Arayik Harutyunyan vurğuladı.

Fondun həmtəsisçisi Ruben Vardanyan vurğuladı ki, Artsax uduzmayıb və heç nə bitməyib. “Erməni xalqının tarixində başqa kədərli səhifələr də olub. Əsas odur ki, Artsax xalqı öz gələcəyini Artsaxda görür”.

Daha çox göstər
Back to top button