
Türkiyənin keçmiş Xarici işlər naziri, hazırda müxalifətdə olan DEVA partiyasının lideri Əli Babacan prezident Rəcəb Tayyib Erdoğanın fəaliyyətindən danışıb.
Babacanın sözlərinə görə, Erdoğan insanları inandırmağa çalışır ki, özü olmazsa, Türkiyə də olmayacaq.
Babacan yazır: “Belə deyil. Türkiyə Erdoğanla bərabər deyil. Türkiyə Erdoğandan çox böyükdür. Ümumiyyətlə, Türkiyə digərlərindən qat-qat böyükdür. Qoy heç kim belə oyuncaq sözlərlə insanları aldatmağa can atmasın”.
Müxalifət partiyasının lideri xatırladıb ki, son 25 ildə Türkiyədə indiki qədər inflyasiya olmayıb. Türk lirəsinin devalvasiyasının ən mühüm səbəbi Erdoğanın Mərkəzi Bankı idarə etməyə başlaması və müvafiq qurumları çaşdırmasıdır.

Əli Babacanın sözlərinə görə, indi Türkiyədə güclü kadr var və o, ölkəni Erdoğandan qat-qat yaxşı idarə edəcək.
“Erdoğanın dövrü bitdi. İndi o, əlverişli yerdə eniş etməlidir”.