ArtsaxBaşlıcaSiyasət

ATƏT-ə üzv ölkələrin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupunun həmsədrliyi çərçivəsində həllinin zəruriliyini vurğulayıb: Ararat Mirzoyan

Ötən il Stokholmda keçirilən ATƏT Xarici İşlər Nazirlərinin illik Konfransı zamanı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində danışıqlar yolu ilə həllinin zəruriliyi ATƏT-ə üzv dövlətlərin əksəriyyəti, eləcə də bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri tərəfində açıq şəkildə vurğulandı.

Bu barədə ER XİN başçısı Ararat Mirzoyan bildirdi.

“2021-ci ildə Xarici İşlər Nazirliyi Ermənistan Respublikasının dövlət maraqlarının müdafiəsi, onun suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli, Artsax xalqının hüquqlarını və təhlükəsizliyini təmin etmək, 44 günlük müharibənin yaratdığı humanitar problemləri aradan qaldırmaq istiqamətində fəaliyyət göstərdi. Təbbi ki, Ermənistanın xarici siyasətinin ən mühüm prioriteti Ermənistan və Artsaxın təhlükəsizliyinin təmin edilməsi, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli olub”,- Mirzoyan qeyd etdi.

O vurğuladı ki, müzakirələrin formatı baxımından ATƏT-in Minsk qrupunun həmsədrliyinin formatı Ermənistan tərəfi üçün xüsusi əhəmiyyət kəsb edir. Bir ilə yaxın fasilədən sonra 2021-ci ildə Ermənistan Respublikası və Azərbaycan Respublikası xarici işlər nazirlərinin birinci və ikinci görüşü baş tutub.

Görüşlər zamanı Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh prosesinin tam bərpası ilə bağlı mövqeyini bir daha təsdiqlədi.

Daha çox göstər
Back to top button