
“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəklədiyini ən yüksək səviyyədə ifadə edib. Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət dəyərləndiririk”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.
“Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıyıq və Ermənistan da buna müvafiq addımlar atarsa, beynəlxalq hüquqa sayğı göstərərsə, regional həqiqətləri doğru-düzgün başa düşərsə, bu yolda yaxşı nəticələr əldə etmək mümkün olacaq”- deyə Bayramov qeyd edib.