
Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh, təhlükəsizlik və firavanlığın bərqərar olunmasına sadiqdir. Armenpress-in məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşündə deyib.
“O, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsinə yönəlmiş güclü və tarixi diplomatik səyləri alqışlayıb. Sallivan Avropa Şurasının sədri Şarl Mişelin ev sahibliyi etdiyi danışıqları dəstəklədiyini bildirib. O, ABŞ-ın yaxından cəlb etmək və müxtəlif vasitələrlə, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində tərəqqiyə dəstək verməyə hazır olduğunu bildirib”,- deyə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Watsonun bəyanatında qeyd olunur.