BaşlıcaSiyasət

Xİ nazirinin müavini: “Ermənistanın 6 bəndlik təkliflərinə Bakıdan rəsmi cavab gəlməyib”

Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı 6 bəndlik təkliflərinə Azərbaycandan heç bir rəsmi cavab gəlməyib.

Bu haqda ER Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə  jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Biz  hər hansı bir rəsmi cavab eşitməmişik, mətbuatda müxtəlif fərziyyələr və fikirlər səslənirdi, amma heç bir rəsmi mövqedən xəbərim yoxdur” – deyə nazir müavini bildirib.

O, mümkün danışıqlara toxunaraq bildirib ki, danışıqların məqsədi iki tərəfin yanaşmalarını müqayisə etməkdir. Bunun nə dərəcədə uğurlu olacağı danışıqların gedişindən asılıdır.

Mümkün danışıqların vaxtı ilə bağlı qərar nazir müavininə məlum deyil.“Tərəflər arasında ilkin razılıq var, lakin hər şey hələ danışıqlar mərhələsindədir, o cümlədən danışıqların başlanğıcı, günün bütün digər elementlərindən asılıdır”- deyərək Hovhannisyan bildirib.

O, ER Baş naziri Nikol Paşinyanın qoşunların aynavari geri çəkilməsi, ondan sonra demarkasiya-delimitasiya işlərinin başlanacağı  təklifinə toxunaraq, bu məsələnin müzakirə olunub-olunmaması məsələsini qeyd edib. Danııqlar  əsnasında  baxarıq nə və necə olacaq”.

Mart ayında Azərbaycan 5 bənddən ibarət öz təkliflərini   bildirmişdir.Onun cavabı olaraq Ermənistan öz  təkliflərini təqdim etmişdir.

Daha çox göstər
Back to top button