BaşlıcaSiyasət

MN-də struktur dəyişikliyindən sonra Silahlı Qüvvələrin BQ rəisi təyin olunacaq: Suren Papikyan

Ermənistan Müdafiə Nazirliyində struktur dəyişikliyi etdikdən sonra yeni modelimiz olacaq, ona əsasən Silahlı Qüvvələrin Baş Qərargah rəisi müdafiə nazirinin birinci müavini olacaq. Bunu müdafiə naziri Suren Papikyan “İctimai Televiziyası”-na müsahibəsində bildirib.

“Ordu idarəçiliyində müəyyən dəyişiklik var, bu, əsaslı dəyişiklik deyil, istənilən halda Silahlı Qüvvələr yalnız ölkənin müdafiəsi, döyüş hazırlığı ilə məşğul olacaq. Satınalma, xidmət, təminat. Bütün bunlarla nazirliyin tərkibində olan digər idarələr məşğul olmalıdır”- deyə o qeyd edib.

Nazir onu da vurğulayıb ki, bu qanun hökumətdə çoxdan dövriyyədədir, yaxın vaxtlarda Parlamentə təqdim olunacaq.

Baş Qərargah rəisinin olmamasının səbəbi qanun olub-olmaması sualına cavab verərək nazir qeyd edib: “Səbəb təbii ki, düzgün qərar qəbul etməkdir. Amma Baş Qərargah rəisi vəzifəsini icra edən şəxs bu gün üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirir”- deyə o, bunda heç bir problem görmədiyini bildirib.

Daha çox göstər
Back to top button