
İyunun 6-da Ermənistan Respublikasının ABŞ-dakı səfiri Lilit Makunts Konqresin Erməni Komitəsinin həmsədrləri Frenk Pallon və Ceki Spir ilə onlayn görüş keçirib. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi bildirdi.
“Səfir Makunts Ermənistan Respublikasının regional sülh və sabitliyin bərqərar olunması ilə bağlı mövqeyini təqdim edib, o cümlədən konqresmenlərin diqqətini Azərbaycanın atəşkəsi pozmaq cəhdlərinə və destruktiv, müharibə ruhlu bəyanatlarına yönəldib.
Bu kontekstdə səfir Makunts ATƏT-in Minsk qrupunun səylərinə əhəmiyyət verib. Səfir Makunts ER XİN rəhbərinin Vaşinqtona səfəri zamanı Ermənistan-Amerika strateji dialoq sessiyası çərçivəsində keçirdiyi görüşlərin nəticələrinə toxunub”,- deyə qeyd olunub.