BaşlıcaSiyasət

Türk partiyası  lideri Türkiyə-Azərbaycan-İsrail hərbi ittifaq yaratmağı təklif edir

Türkiyənin “Mühafizəkarların yüksəliş”i partiyasının lideri, iş adamı Əhməd Yılmaz Türkiyə, Azərbaycan və İsrail arasında ittifaq yaratmaq üçün hərbi razılaşma təklif edib.

Bölgədəki inkişafın narahatlıq doğurduğunu qeyd edən Yılmaz bəyan edib ki,  “Türkiyə, Azərbaycan və İsrail çox yaxın hərbi-müdafiə müqaviləsi imzalamalıdır.

“Türkiyə yeni dünya düzəninin formalaşması ilə öz ətrafında ox yaratmaqda gecikməməlidir” -deyən o, gələcəkdə digər türk dövlətlərinin də qoşulmalı olduğunu bildirərək əlavə edib ki, hücum həm də müttəfiq dövlətə hücum hesab edilməlidir

O həmçinin  erməni və yunan  regionları barədə danışıb.Onun qənaətincə,  onlar irəliləyişə cəhd edir .Buna isə Qırb və  ABŞ yardım edir.

Qeyd edək ki,  uğurlu  iş adamı hesab olunan  Ahmed Yılmaz “Yılmazlar Holding” İsraildə geniş miqyaslı fəaliyyət  göstərməkdədir.

Daha çox göstər
Back to top button