
Bu gün Türkiyə mətbuatı Suriyada kürd qüvvələrinə qarşı mümkün hərbi əməliyyatla bağlı diqqətçəkən məlumat yayıb.
İqtidaryönlü Türkiyə mediasının məlumatına görə, Türkiyənin Suriyadakı hərbi əməliyyatı kontekstində Rusiya, İran, ABŞ və Suriya Ankaranı həvəsləndirmək və ya alqışlamaq üçün tədbirlər görür.
Rusiya Suriyanın Şimalındakı Mənbic şəhərinə əlavə qüvvələr göndərib. Bundan əlavə, Rusiya tərəfi Suriyanın Qamışlı, Ayn-İssa, Ayn əl-Ərəb və Tel-Təmir bölgələrində Rusiya qüvvələrinin sayını artırıb. Qamışlıda isə Rusiyanın “Panzer” zenit müdafiə sistemləri quraşdırılıb.

ABŞ öz növbəsində Suriyadakı kürd qüvvələrini silahlandırmağı davam edir. Onlar İraq və İrandan kürdlərə yardım edir.Türkiyə mətbuatı xəbər verir ki, İran Ayn-İssa şəhərinə tanklar, ağır texnika və çoxlu sayda iranpərəst silahlılar göndərib. Suriya hökumət qüvvələri türk hissəsinin işğal edəcəyi şəhərlərdə də dövlət bayraqlarını qaldırıb.
V