BaşlıcaSiyasət

ABŞ hesab edir ki,Yerevan  və Bakının münasibətlərin normallaşması istiqamətində irəliləmək imkanı var

Ermənistan və Azərbaycanın indi münasibətlərin normallaşması prosesində irəliləmək imkanı var.

Jurnalistin TASS agentliyinə istinadən verdiyi məlumata görə, belə bir fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib.

“İnanıram ki, indi real ümid var ki, Ermənistan və Azərbaycanın münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləmək imkanları var” – deyə  ABŞ Xarici  siyasət üzrə nümayəndəsi qeyd edib..

“Düşünürəm ki, biz hər iki ölkənin mühüm addımlar atdığını gördük” –  deyə Donfrid bildirib.

Mayın 22-də Brüsseldə Avropa Birliyi Şurasının  sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Tərəflər, xüsusilə, iki ölkənin dövlət sərhədinin demarkasiyası üzrə sərhəd komissiyalarının ilk iclasının keçirilməsi barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button