Ermənistan Respublikasının baş nazirinin müşaviri Artaşes Tumanyan regional-ikitərəfli iqtisadi əməkdaşlıq proqramlarını müzakirə etmək üçün iyunun 7-8-də Aşqabada səfər edib.
Səfər çərçivəsində Artaşes Tumanyan Ermənistan-Türkmənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Şahim Abdrahmanov, baş nazirin sənaye və energetika kompleksləri üzrə müavini Şarmirat Purçekov ilə görüşüb.
Görüşlər zamanı xüsusilə qaz və energetika sahəsində əməkdaşlığa, o cümlədən Ermənistan-Türkmənistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının qarşıdan gələn iclasına hazırlıqla bağlı məsələlərə toxunulub.