
Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrliyinin Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə yönəlmiş fəaliyyətinin aktivləşdirilməsində maraqlıdır.
Armenpress-in verdiyi məlumata görə, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin ATƏT-in Minski Qrupunun həmsədrliyi tərəfindən hazırlandığını xatırladıb.
“Aydındır ki, bugünkü müzakirəmizin mərkəzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair mümkün sənəd və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər idi. Mən Ermənistan Respublikası hökumətinin regionda sabitliyə və sülhə nail olmaq üçün səylər göstərməyə hazır olduğunu bir daha təsdiqləmışəm. Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həlli əsas məsələdir və bura Artsax xalqının təhlükəsizliyinin, bütün hüquqların təmin edilməsi və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi kimi əsas məqamlar daxil olacaq” – deyə Ermənistan XİN rəhbəri bildirib.
O xatırladıb ki, Ermənistan Respublikası və Rusiya Federasiyasının liderləri son bəyanatlarında ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq mandatına uyğun olaraq potensial və təcrübəsindən istifadənin vacibliyini bir daha təsdiqləyiblər.