
Moskva borsasının valyuta bazarı şöbəsidnin direktoru Andrey Skabeli bəyan edib ki, yaxın aylarda erməni dram, özbək sum və BƏƏ-nin dirhəmi ilə alqı-satqıya başlamaq planlaşdırılır, RİA Novosti xəbər verir.
“Biz həmin valyutalara marağı görürük və onların istifadə olunacağını başa düşürük” – deyə o deyib.
Ümumiyyətlə, Moskva borsasında mümkün başlanğıc üçün 20-yə yaxın valyuta cütü müzakirə olunur, lakin bu, onların hamısının işə salınacağı demək deyil. Skabelinin fikrincə, başlanğıc üçün iştirakçılar və müştərilər tərəfindən real maraq lazımdır, bu halda real bazar formalaşacaq.