BaşlıcaSiyasət

Tətbiq olunan rejim tamamilə Ermənistan ərazisinin suverenliyinə əsaslanacaq: Lavrov kommunikasiyaların blokunun açılmasına toxunub

Rusiya Federasiyasının Xİ naziri Sergey Lavrov Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması çərçivəsində tətbiq ediləcək rejimin Ermənistan ərazisinin suverenliyinə əsaslanacağını vurğulayıb. “Armenpress”in məlumatına görə, bunu Sergey Lavrov Yerevanda ER xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Bildiyiniz kimi, dəmir yolu marşrutu razılaşdırılıb, indi avtomobil marşrutu ilə bağlı razılıq, tətbiq olunacaq rejimlə bağlı razılığa dair proses başa çatır. Bu, tamamilə Ermənistan ərazisinin suverenliyinə əsaslanacaq. Burada heç bir qeyri-müəyyənlik ola bilməz” – deyə Lavrov deyib.

Daha çox göstər
Back to top button