İctimaiyyət

Yerevanda Artavazd Peleşyanın “Təbiət” filminin premyerası olacaq

İyunun 18-də Mosko kinoteatrda Artavazd Peleşyanın “Təbiət” filmin premyerası olacaq.

Film Fransız Cartier Müasir İncəsənət Fondunun və Almaniyanın ZKM Filminstitutunun sifarişi ilə hazırlanıb. Bu film Peleşyanın 1993-cü ildə çəkdiyi “Həyat” filmindən 27 il sonra çəkilmiş ilk filmdir. “Təbiət” filminin diqqət mərkəzində yenə insan və onun ətraf mühitinin qeyri-sabit birgə yaşayışı dayanır.

Filmdə Bethoven, Motsart, Şostakoviç, Avet Terteryan və Tiqran Hamasyanın musiqilərindən istifadə olunub.

Filmin dünya premyerası Parisdə Fransız Cartier Müasir İncəsənət Fondunun təşəbbüsü ilə baş tutub.

Daha çox göstər
Back to top button