BaşlıcaSiyasət

Lavrov Paşinyana: “Moskva Bakı ilə münasibətlərin normallaşmasına dəstək verməyə hazırdır”

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

RF Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşmasında maraqlıdır və istənilən yardımı göstərməyə hazırdır.

Bu haqda RF Xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib.

“Əlbəttə bizim, Azərbaycanın bununla bağlı təkliflərindən xəbərimiz var, Sizin mövqeyinizi də bilirik ki, Siz bunu kağız üzərində qoymusunuz.

 Və biz Rusiyanın qarşılıqlı razılaşma əldə etmək üçün edə biləcəyi hər şeyi etməyə hazırıq. Dediyim kimi, biz bütün razılaşmaların tam icrasına meylliyik” – deyə  Lavrov bildirib.

Nazir Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli qrupun işi barədə məlumat verib.

“Nəqliyyat-logistika əlaqələrinin bloklanması üzrə üçtərəfli işçi qrupu sazişlərin konkret aspektlərinin razılaşdırılması baxımından Baş nazir müavinləri səviyyəsində qabaqcıl mərhələdədir.

Atılmalı olan əlavə addımları müzakirə etdik, indi biz bu barədə hesabat verməyə hazırdır” – deyə o bildirib.

Lavrov delimitasiya işlərinin başlanmasını da alqışlayıb.

“Əsaslandırıcı sessiya  baş tutub. Biz bunu çox vacib hesab edirik. Biz Rusiya nümayəndələrinin iştirakı ilə Moskvada keçiriləcək görüşə hazırlaşacağıq, onlar konsaltinq xidmətləri, o cümlədən kartoqrafik materiallar təqdim edəcəklər” – deyərək o əlavə edib.

Xatırladaq ki, Yerevanda işgüzar səfərdə olan Sergey Lavrov bundan əvvəl erməni həmkarı ilə görüşüb, daha sonra birgə mətbuat konfransı keçirib.

Daha çox göstər
Back to top button