BaşlıcaSiyasət

Mirzoyan etirazlar haqqında: “Ermənistanda siyasi böhran yoxdur”

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda baş verən etirazlardan danışaraq, Ermənistanda heç bir siyasi böhranın olmadığını təkid edib.

RF  Xİ nairi Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında Mirzoyan rusiyalı jurnalistin sualını cavablandırarkən qeyd edib ki, onun dediklərini əsaslandıran iki arqument gətirə bilər.

“Əvvəlan, ötən ilin yayında növbədənkənar parlament seçkiləri keçirildi, burada Ermənistan vətəndaşları bir sıra suallara çox aydın cavablar verdilər, o zamankı real siyasi böhranı həll etdilər.

Qeyd edək ki, bu seçkilər demokratik seçki kimi tanınıb. Bütün müşahidə missiyaları tərəfindən şəffaf, başqa sözlə, vətəndaşların öz mövqelərini ifadə etmək və qərar qəbul etmək üçün birmənalı imkanların olduğunu sübut edir.

İkincisi, bizizləyirik , ən azı mən nə qədər ki, çatdırıram yəni bacardığım qədər  izləyirəm.

Mitinqlərin  keçirilməsi o demək deyil ki, o mitinqlər ER vətəndaşları tərəfindən dəstəklənir. “Eyni zamanda qeyd etmək istəyirəm ki, Ermənistan Respublikası demokratik ölkədir, hər kəsin dinc mitinqlər keçirmək hüququ var” – deyərək Mirzoyan bildirib.

Mən orada öz-özümə  bəzi sağlam düşüncəli suallar görürəm.  deyə bilərəm ki, nə üçün:  Birincisi, bu siyasi qüvvələrin parlamentdə öz fəaliyyətini həyata keçirmək, hakimiyyəti kəskin tənqid etmək, ən kəskin sualları vermək imkanı var  və təəssüfmü, ya xoşbəxtlikdən istifadə etmirlər, bu yenə də onların hüququdur.

Daha çox göstər
Back to top button