
Ermənistan Bakıdan hərbi əsirlərin qaytarılmasında, eləcə də Azərbaycanla sərhədlərin demarkasiyası prosesində Rusiyanın dəstəyini gözləyir. Bu barədə ER Baş naziri Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı bildirdi.
“Rusiya və Ermənistan strateji tərəfdaşlar və müttəfiqlərdir, bu da göstərir ki, ikitərəfli səfərlərin intensivliyinin yüksək, münasibətlərin gündəliyi isə geniş olmalıdır”,- Paşinyan vurğualdı.
O qeyd etdi ki, görüşdən şaddır, çünki geniş spektrli məsələləri, o cümlədən regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin həlli və s. məsələləri müzakirə etmək imkanı olacaq.
Paşinyan xatırlatdı ki, Moskvada baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun görüşü keçirilib. Baş nazir ümid etdiyini bildirib ki, yaxın vaxtlarda region və dünya üzrə konkret razılaşmaların əldə olunması və problemin yekun həlli mümkün olacaq.
Nikol Paşinyan bildirdi ki, Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya üzrə ikitərəfli işçi komitəsinin ikinci və üçünvü görüşləri Moskva və Brüsseldə keçiriləcək.
“Biz prosesin normal və effektiv inkişafı üçün Rusiyanın dəstəyini gözləyirik”, – Paşinyan bildirib.