BaşlıcaSiyasət

Yerevanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

İyunun 10-da Yereavnda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə KTMT-nin baş katibi Stanislav Zasın iştirak edəcəyi KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

İclas zamanı beynəlxalq və regional təhlükəsizlik, KTMT-nin böhrana cavab mexanizmlərinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

İclasın yekunu olaraq KTMT-yə üzv dövlətlərin nümayəndələrinin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə 2022-2024-cü illər üçün məsləhət proqramın imzalanması planlaşdırılır.

Daha çox göstər
Back to top button