BaşlıcaSiyasət

ABŞ dövlət katibinin müavini Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Karen Donfrid iyunun 14-19-da Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəkdir.

Bu gaqda ABŞ dövlət departamentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, səfərin məqsədi ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və rifahın bərqərar olmasına sadiqliyini vurğulamaqdır.

“Hər üç ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edən dövlət katibinin müavini Donfrid ABŞ-ın həmin ölkələrin suverenliyi və müstəqilliyinə dəstəyini  və Azərbaycan, Gürcüstan və Ermənistanın öz yollarını cızmaq hüququnu vurğulayacaq”.

O, həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi inkişafı və insanlar arasında təmasları təşviq etməklə, o cümlədən Cənubi Qafqazda yerli sülhün yaradılmasına kömək etməyə hazır olduğunu qeyd edib” – deyərək  dövlət departamentinin bəyanatında bildirilib.

Donfrid iyunun 18-də Ermənistanda olacaq, Baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslərlə görüşəcəkdir. “Dövlət katibinin müavini ABŞ-ın Ermənistan və Azərbaycan arasında yerli sülh naminə diplomatik səylərə dəstəyini ifadə edəcək. O, ümumi dəyərlərə əsaslanan güclü əməkdaşlığımızı, eləcə də Ermənistanın demokratik inkişafına qarşılıqlı sadiqliyimizi vurğulayacaqdır”- deyə bəyanatda  qeyd olunur.

Ermənistana səfərindən əvvəl Donfrid iyunun 15-16-da Azərbaycanda, 17-də isə Gürcüstanda olacaq.

ABŞ rəsmisi Bakıda prezident İlham Əliyev, yüksək səviyyəli rəsmilər və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşəcək və Azərbaycana Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edəcəkdir.

Donfrid Tbilisidə Prezident Salome Zurabişvilinin təşkil etdiyi Beynəlxalq Qadınlar Konfransında çıxış edəcək, Baş nazir Qaribaşvili və digər rəsmi şəxslər, müxalifət xadimləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək.

Tbilisidə dövlət katibinin müavini Rusiyanın Ukraynadakı hərəkətlərini də müzakirə edəcək, ABŞ-ın Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcək, həmçinin ABŞ-ın demokratiyanın təşviqində, qanunun aliliyinin təşviqində, ölkənin şaxələndirilməsində yardımını davam etdirəcəkdir.

Daha çox göstər
Back to top button