Başlıcaİctimaiyyət

Ermənistanda 300 min dramdan artıq nağd əməliyyatlar etibarsız sayılacaq

ER parlamenti iyunun 9-da keçirilən növbədənkənar iclasında “Nağdsız əməliyyatlar haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Beləliklə, bundan sonra Ermənistanda 300 min dramdan çox nağd şəkildə edilən əməliyyatlar etibarsız sayılacaq.

Belə ki, bu il iyulun 1-dən daşınar və daşınmaz əmlakın alqı-satqısı və ya icarəyə verilməsi, habelə kreditlərin verilməsi nağdsız qaydada həyata keçirilməlidir.

Bu qanunun tələblərinə əməl olunmasını təmin etmək üçün hökumət yeni mexanizm tətbiq edəcək və ona əsasən, yuxarıda göstərilən tələblər yerinə yetirilmədikdə, əməliyyatlar əvvəldən etibarsız hesab ediləcək.

Daha çox göstər
Back to top button