Fransanı unudun, Ermənistan şərabçılığın mərkəzidir: “Euronews”-un erməni şərabçılığı ilə bağlı reportajı
“Fransanı unudun, Ermənistan şərabçılığın mərkəzidir” – Aparıcı beynəlxalq media olan “Euronews” bu başlıqla erməni yaylasını şərabçılığın qədim vətəni elan edib.
“Euronews” 8000 illik erməni üzümçülük ənənələrindən və 6000 illik şərabçılıq mədəniyyətindən bəhs edir və əlavə edir ki, şərab haqqında düşünəndə ən qədim şərabçılıq bölgələrindən biri olan Ermənistanı da nəzərdən qaçırmaq olmaz.
KİV Ermənistanda bu yaxınlarda açılmış Şərab Tarixi Muzeyində saxlanılan nadir eksponatların ziyarətçilərə keçmişə yol açdığını vurğulayır.
“Muzey Yerevandan cəmi 30 km uzaqlıqda, Ermənistan Şərab Zavodunda, 8 metr dərinlikdə bazalt qayalarında yerləşir. Yeraltı tuneldən keçəndə özünüzü nəhəng şərab zirzəmisinə girmiş kimi hiss edirsiniz”, – Euronews qeyd edir.
Euronews Ermənistanın həqiqətən də şərabçılığın beşiyi olduğunu sübut edən biblioqrafiyanın mövcudluğuna diqqət çəkir.