Başlıcaİctimaiyyət
Rusiyalı turistlər Ermənistana ekskursiyaları rublla ödəyə biləcəklər

Rusiya turoperatorları bir tur paketinin bir hissəsi kimi xaricə ekskursiyalar üçün rublla ödəniş etmək imkanını təqdim edirlər. Bu təcrübə artıq Ermənistan, Türkiyə, Misir, Tailand və Özbəkistanda tətbiq olunur,.
Bunu sahənin nümayəndələri “Ria Novosti”yə bildiriblər.
“Ekskursiyaların pulunu mart ayından əvvəlcədən rublla ödəyirik, çünki bir çox ölkələrdə Mir kartı işləmədiyi üçün çoxlu sorğular başlayıb, kimsə özü ilə çoxlu nağd pul götürmək istəmir”,-deyə İnturist agentliyindən bildiriblər.
İnturist artıq Ermənistan, Özbəkistan, Misir və Taylanda səfərlər üçün turpaketə ekskursiyaların ödənişinin daxil edilməsi təcrübəsini tətbiq edib.