
Sünik qubernatoru Robert Ğukasyan 100 günlük fəaliyyətini yekunlaşdırıb. Qubernator sərhəddəki vəziyyətə toxundur.
“Mən əminəm ki, Azərbaycan tərəfi delimitasiya və demarkasiya nəticəsində Ermənistanın suveren ərazisindən çıxmalıdı.
Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək, çünki ictimaiyyət üçün xəttin harada olacağını bilmək nəhayət çox vacibdir”- deyərək Ğukasyan bildirib.

Güzgüvari geri çəkilməsindən danışan Ğukasyan qeyd edib ki, hazırda sərhədin demarkasiya və delimitasiya prosesinə qədər rahat olması çox vacibdir.