BaşlıcaBeynəlxalq

Təfərrüatlar: “Londonda azərbaycanlını ayaq altına alıblar  və “Boz Qurdlar” işarəsini göstərdiyi üçün yaxşıca  “dərs” veriblər”

Londonda Kürdüstan Fəhlə partiyasının (PKK) tərəfdaşları  milliyyətcə azərbaycanlı  arasında  vur çatlasın olub.

Hadisə İngiltərə xəbər agentliyinin “Pikadilli” sirki yaxınlığındakı qərargahadan uzaq olmayan PKK tərəfdarlarının təşkil etdiyi aksiya zamanı baş verib.

Mitinq iştirakçıları Türkiyə silahlı qüvvələrinin Suriyanın Şimalında mümkün hərbi əməliyyatına  qarşı etiraz ediblər.

Qarşıdurma azərbaycanlının  “Boz qurdlar” işarəsini  etirazçılara barmaqları ilə  göstərməsindən  sonra başlayıb.

Bundan sonra yürüş iştirakçıları  və azərbaycanlı arasında dava düşüb.

“Azərbaycandanam, burada işləyirəm. Gördüm ki, antitürklər mitinqi gedir. Sadəcə, onlara mən “boz qurd” işarəsini göstərməyə bilməzdim. Axı mən də türkəm, dözmədim. Mənim üzərimə qadın və kişilər  hücum etdi.Polislər məni  kütlə arasından bir təhərlə qaçırıb  yaxınlıqdakı bazara apardılar”-deyə azərbaycanlı bildirib.

Daha çox göstər
Back to top button