
Artsax Respublikasının Xarici nşlər nazirliyi Artsaxın Şahumyan rayonunun işğalının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb və qeyd edib ki, Şahumyanın işğaldan azad edilməsi məsələsi hələ də Artsax Respublikası xarici siyasətinin gündəliyindədir..
Bu haqda elanda deyilir: “30 il əvvəl, 1992-ci iliyunun 12-də Azərbaycan silahlı qüvvələri Artsax Respublikasının Şahumyan rayonunu işğal edib.
Erməni dövlətçiliyi və milli azadlıq mübarizəsi tarixində mühüm rol oynamış bu qədim Artsax bölgəsi Dağlıq Qarabağ Respublikasının qurucu subyektlərindən biri olmuş, düşmən tərəfindən işğal edilmiş, yerli əhali soyqırım aktlarına məruz qalmışdır. Təcavüz nəticəsində xeyli itkilərimiz oldu.
Şahumyan rayonunun işğalı ilə əlaqədar əhalinin böyük hissəsi tarixi vətəni tərk edib xaricdə məskunlaşmaq məcburiyyətində qalıb.
Vətəndən məhrum olmanın o ağrıları şahumyanlıların, bütün Artsax ermənilərinin və erməni xalqının qəlbində qaysaqlanmayıb.
Biz heç vaxt Şahumyan rayonunun itirilməsi ilə barışmayacağıq. Şahumyanın işğaldan azad edilməsi məsələsi Artsax Respublikasının xarici siyasət gündəmində qalmaqdadır.
Belə ki, Şahumyan Artsaxın ayrılmaz hissəsi olub, var və həmişə də qalacaqdır”.