
Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan iyunun 14-15-də Bolqarıstanda rəsmi səfərdə olacaq.
ER XİN-dən verilən məlumata görə, səfər çərçivəsində Ararat Mirzoyan Bolqarıstan Respublikasının Prezidenti, Baş naziri, parlament sədri və Xİ naziriylə görüşlər keçirəcək.
Ermənistan və Bolqarıstanın Xarici işlər nazirləri görüşdən sonra mətbuata açıqlama verəcəklər.