Şübhə yoxdur ki, Bakı Ankaranın dəstəyi ilə Artsaxa qarşı öz təcavüzünün nəticələrini de-yure qeyd etməyə çalışacaq. Ermənistan Milli Elmlər Akademiyasının akademiki, türkoloq Ruben Safrastyan “Armİnfo”ya bildirib.
“Söhbət 44 günlük təcavüz nəticəsində işğal olunmuş Artsax ərazisinin, eləcə də Artsaxın yekun statusundan gedir. Düşünürəm ki, müxtəlif beynəlxalq platformalarda başlanmış Artsaxın yekun statusunun müzakirəsi fonunda Azərbaycanın bu məsələni öz ideyalarına uyğun olaraq bir zərbə ilə həll etməsi mümkün olmayacaq” – deyə türkoloq bildirib.
Azərbaycanın Artsaxın qalan hissəsini işğal etmək, erməniləri qovmaq, əslində orada növbəti soyqırımı törətmək istəyini vurğulan akademik yaxın gələcəkdə Əliyevin öz planını həyata keçirə bilməyəcəyini vurğulayıb. Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi, eləcə də Artsaxın gələcək statusunun aydınlaşdırılmasının mümkünlüyü ilə bağlı beynəlxalq müzakirəni nəzərə almaq lazımdır. Onun fikrincə, bütün bunlar Azərbaycanın bir zərbə ilə məqsədinə çatmasına mane olacaq.
Türkiyə də öz növbəsində, türkoloqun fikrincə, öz təsirindən və iştirakından “2+3” kimi beynəlxalq fprmatlarda, o cümlədən Bakının maraqları çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək vermək üçün istifadə etməyə çalışacaq. Eyni zamanda, 1991-ci ildən Ankaranın Cənubi Qafqazda əsas və dəyişməz məqsədi, bütün regionu öz təsir dairəsinə cəlb etməkdir.
“Qeyd etməliyəm ki, Ermənistanın 44 günlük müharibədə məğlub olması Türkiyə üçün çoxdankı məqsədə çatmaq üçün yeni, əlverişli şərait açdı, öz məqsədlərini reallaşdırmaq üçün Azərbaycan vasitəsilə Ermənistana daha intensiv və təcavüzkar təzyiq göstərmək istəyir. Bütün bu ekspansionist məqsədləri Ankara öz niyyətlərini sülh, əməkdaşlıq və münaqişənin həlli istiqamətində danışıqlarla ört-basdır edir. Bu, Türkiyənin geosiyasətidir, onun əsl hədəfləri belədir”- deyə R. Safrastyan qeyd edib.