BaşlıcaSiyasət

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyəti Qarabağdakı vəziyyətlə bağlı deyil: Zaxarova

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın fəaliyyəti Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Askeran rayonunun kəndi ilə heç bir əlaqəsi yoxdur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Ümid edirik ki, komissiyanın fəaliyyətə başlaması Bakı və Yerevan arasında etimadın yüksəlməsinə və həm Azərbaycan-Ermənistan sərhədində, həm də sülhməramlıların məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək edəcək”- deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Onun sözlərincə, Rusiya ən yaxın vaxtda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını keçirməyə hazırdır və Azərbaycan və Ermənistandan görüşün tarixi ilə bağlı təkliflər gözləyir.

Daha çox göstər
Back to top button