BaşlıcaSiyasət

Ermənistan MDB dövlətlərinin hərbi əhəmiyyətli peyk rabitə sistemlərindən istifadəyə dair sazişinə qoşulacaq

ER Parlamenti “Hərbi əhəmiyyətli peyk rabitə sistemlərindən istifadə və onların daha da təkmilləşdirilməsi haqqında” sazişi müzakirə edib, bununla Ermənistan hərbi əhəmiyyətli peyk rabitə sistemlərindən birgə istifadə təşəbbüsünə qoşulacaq.

“Armenpress”in məlumatına görə, “Hərbi əhəmiyyətli peyk rabitə sistemlərindən istifadə və onların daha da təkmilləşdirilməsi haqqında” sazişin ratifikasiyasına dair layihəni ER müdafiə nazirinin müavini Arman Sargsyan Parlamentin iclasında təqdim edib.

“Layihəyə əsasən, Ermənistan Respublikası 2018-ci il iyunun 6-da Rusiya Federasiyasında  MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası zamanı imzalanmış hərbi əhəmiyyətli peyk rabitə sistemlərindən birgə istifadə təşəbbüsünə qoşulur. Təşəbbüsün məqsədi Rusiyanın hərbi peyk rabitəsi sistemi əsasında MDB hərbi əhəmiyyətli inteqrasiya olunmuş peyk rabitəsi sisteminin yaradılmasıdır” – deyə Sargsyan bildirib.

Hərbi əhəmiyyətli peyk rabitə sistemlərinin istifadəsi və təkmilləşdirilməsi sazişə üzv dövlətlərin silahlı qüvvələrinin idarə edilməsi, onların etibarlılığının artırılması və onlar arasında əməkdaşlığın təşkili məqsədilə həyata keçirilir. Rusiya Federasiyasında mövcud olan kosmik gəmi ötürücülərinin resursu sazişin iştirakçısı olan dövlətlərin Silahlı Qüvvələrinin idarəsi və Silahlı Qüvvələrinin hərbi idarəetmə orqanları arasında əməkdaşlığın qurulması üçün sazişlə tərəflərə verilir.

Layihədə deyilir ki, saziş çərçivəsində əməkdaşlıq ER Silahlı Qüvvələrinin ehtiyacları üçün müasir hərbi rabitə növlərindən, habelə peyk rabitə sistemlərinin orbital qruplaşdırılmasından istifadə etməyə imkan verəcək.

Müqaviləni Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan imzalayıb, Ukrayna, Özbəkistan, Türkmənistan, Moldova və Azərbaycan imzalamayıb.

Daha çox göstər
Back to top button