BaşlıcaSiyasət

Nikol Paşinyan: “Dəhlizlə bağlı deyilənlər qəbuledilməzdir, bu, bizim üçün qırmızı xəttdir”

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan regional kommunikasiyaların açılması məsələsinə toxunaraq, bu kontekstdə dəhlizlərlə bağlı bəyanatların qəbuledilməz olduğunu vurğulayıb.

 “Əl-Cəzirə”yə müsahibəsində Ermənistan ərazisindən keçən Azərbaycanla Ankaranı birləşdirməli olan “dəhliz”ə Ermənistanın yanaşması və mövqeyi necədir? – sualına toxunaraq. Paşinyan cavab verib:

“Bilirsiniz, qondarma dəhlizlə bağlı ifadələr bizim üçün qəbuledilməzdir, bu, bizim üçün qırmızı xəttdir. Çünki bizim regionda söhbətimizin əvvəlində qeyd etdiyim üçtərəfli bəyanata görə, bizim bir dəhlizimiz var, o, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizidir.

Amma bizim üçtərəfli bəyanatımızda kommunikasiyaların açılması ilə bağlı başqa bir müddəa var.Mən dəmir yollarını, yolları nəzərdə tuturam, buna biz hazırıq, əslində biz regional kommunikasiyaların açılması məsələsini artıq qarşılıqlı suverenlik, sərhədlərin toxunulmazlığına hörmət prinsipi əsasında müzakirə edirik”.

Daha çox göstər
Back to top button