BaşlıcaSiyasət

Paşinyan:  “Ermənistanla Azərbaycan arasında ən aktual məsələ Dağlıq Qarabağ məsələsidir”

2020-ci ilin noyabrında Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanan üçtərəfli bəyanat həmin dövrdə Dağlıq Qarabağda zorakılığa son qoyulması istiqamətində atılan addım idi. Alınan məlumata görə, bu haqda  Ermənistanın Baş naziri Nikol Paşinyan Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəsində deyib.

O vurğulayıb ki, bu bəyanatda Dağlıq Qarabağ probleminə toxunulmur, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Ümid edirik ki, yaxın gələcəkdə Dağlıq Qarabağ məsələsini də həll edə biləcəyik”- deyərək Baş nazir Paşinyan qeyd edib.

O, qeyd edib ki, Ermənistanın Azərbaycanla ünsiyyət üçün bir sıra platformaları var. “Bu yaxınlarda biz Ermənistanla Azərbaycan arasında demarkasiya komissiyası yaratmışıq. O işi davam etdirmək çox mühümdür.

Cəmi bir görüş olub, lakin biz artıq razılaşmışıq ki, ikinci görüş Rusiyanın paytaxtı Moskvada keçirilsin. Brüsseldə isə üçüncü görüş keçiriləcək.

Ümid edirik ki, beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə, əlbəttə ki, birbaşa iş nəticəsində biz sərhədlərimizin delimitasiyasına nail olacağıq” – deyə Baş nazir bildirib.

Komissiya Dağlıq Qarabağın bütün ərazisinin Azərbaycana məxsus olmasına qərar verərsə, Ermənistan tərəfinin mövqeyi necə olacaq sualına toxunan Paşinyan belə cavab verib:

“Demarkasiya komissiyasının Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Çünki qeyd etdiyim kimi, bizim Azərbaycanla müxtəlif səviyyələrdə ünsiyyətimiz var.

Onlardan biri demarkasiya işlərinə aiddir. Sərhədin təhlükəsizliyi məsələsi çox vacibdir, o, qanun çərçivəsindədir. Bu komissiyanın mandate daxilindədir, çünki biz bütün sərhəd boyu sabitliyi və təhlükəsizliyi qorumalıyıq.

İkinci məsələ, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasıdır. Regional, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması ilə bağlı kommunikasiya platforması var. Amma təbii ki, Ermənistanla Azərbaycan arasında, eləcə də regional sülh baxımından ən aktual və vacib məsələ Dağlıq Qarabağ məsələsidir”.

Paşinyan Rusiyanın üçtərəfli bəyanatın təminatçısı rolundan istifadə edərək, RF-nın  Ermənistanın strateji tərəfdaşı və müttəfiqi olduğunu, eyni zamanda Azərbaycana çox yaxın olduğunu qeyd edib.

Daha çox göstər
Back to top button