BaşlıcaSiyasət

Paşinyan Türkiyə ilə sərhədin açılmasına və diplomatik münasibətlərin qurulmasına ümid etdiyini bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə toxunaraq, onların diplomatik münasibətlər qura, Ermənistanla Türkiyə arasında sərhədi aça biləcəklərinə ümid etdiyini bildirib. “Bu haqda Paşinyan “Əl-Cəzirə”yə  verdiyi müsahibəsində  bildirib.

Paşinyan Ankaraynan Yerevan  arasında  münasibətlərin nizamlanması yolu hansıdır?-sualına cavab verib:

“Biz Ermənistan və Türkiyənin xüsusi nümayəndələri vasitəsilə dialoqa başlamışıq. Dialoqun özü artıq çox müsbətdir, lakin biz real nəticələr əldə edəcəyimizə ümid edirik”.

Türkiyə ilə qarşılıqlı səfərlərdən  danışılırmı? – sualına toxunan Paşinyan deyib ki, dialoq başlayandan sonra Ermənistanla Türkiyə arasında birbaşa uçuşlar başlayıb, lakin bu, əvvəllər də  belə olub.

 O, diplomatik əlaqələr qura, Ermənistanla Türkiyə arasında 30 ildir bağlı olan sərhədi aça biləcəklərinə ümid etdiyini bildirib.

Daha çox göstər
Back to top button