
2021-2022-ci illərdə Artsaxın büdcəsi görünməmiş həcmə çatdı. ER hökumətinin Artsaxa büdcə dəstəyi görünməmiş bir məbləğə çatdı.
Ermənistan hökuməti Artsaxın yanında olub, var və olacaq. Bu haqda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan parlamentdə 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı yekun çıxışında qeyd edib.
Baş nazir əvvəlan qeyd etdi ki, 2021-ci il ərzində ekstremist müxalifət iki əsas tezis hazırlayıb, hökumət Artsaxı tənha buraxıb və ikincisi “Artsax heç vaxt Azərbaycabın tərkibində olmayacaq”formulasını varis etməyi tələb etmişlər. Onların yeritdiyi siyasət və indiki hakimiyyət bunu qəbul etmirsə, deməli, Artsax məsələsində xəyanət edir..
Onun sözlərinə görə, birinci tezis yalnız büdcə göstəriciləri ilə təkzib olunur. “2021-2022-ci illərdə Artsaxın büdcəsi ER hökumətinin Artsaxa büdcə dəstəyi nəticəsində görünməmiş bir məbləğə çatdı.
2019-cu ildə Artsaxın büdcəsi 117,9 milyard dram təşkil etdi ki, bu da 90-cı illərdən başlayaraq bütün əvvəlki.
Bu məbləğin 57,8 milyard dramını Ermənistan hökuməti ödəyib.2021-ci ildə Artsax büdcəsinin gəlir hissəsi 174 milyard dram olub, bunun 128 milyard dramı Ermənistanın ödədiyi məbləğdir.
Bir sözlə, müharibədən sonrakı dövrdə Artsaxın büdcəsi tarixin ən yüksək büdcəsi idi, Artsaxın heç vaxt bu qədər böyük büdcəsi olmayıb və Ermənistan heç vaxt Artsaxa bu dərəcədə dəstək verməyibdir.
Yəni, Ermənistanın 2021-ci ildə Artsaxa dəstəyi 122% artıb. 2019-cu illə müqayisədə və ya 70 milyard dram artıb.“Artsaxın büdcəsi ümumilikdə 48% və ya 45 milyard dram artıbdır” – deyərək Paşinyan bildirib.
Baş nazir xatırladıb ki, 2020-ci ilin dekabrından 2021-ci ilin sonuna kimi ER hökuməti Artsaxda 136 milyard dram proqram həyata keçirib.
Həmin dövrdə Ermənistanın büdcəsindən ayrılmış vəsait hesabına Artsaxın bütün büdcə qurumlarının bütün işçilərinin maaşları, bütün pensiya və müavinətləri ödənilib, səhiyyə və təhsil sisteminin xərcləri ödənilib.
2020-ci ilin noyabrından 2021-ci il ərzində Artsax əhalisinin bütün kommunal xərcləri ER dövlət büdcəsi hesabına ödənilib.
2022-ci ildə Ermənistan hökumətinin təkcə Artsaxa büdcə dəstəyi 160 milyard dram təşkil edir, yəni 2022-ci ildə 2021-ci illə müqayisədə Ermənistan hökumətinin Artsaxa verdiyi məbləğ 2019-cu ildə 32 milyard dramla müqayisədə, 102 milyard dramla artıb. Bu vəsaitlə Artsaxda pensiya və müavinətlərdə 20% artım baş verib və geniş miqyaslı mənzil tikintisi aparılmaqdadır.
Paşinyan Ermənistan hakimiyyətinin bütün bunların xüsusi saəsləndirmədiyini vurğulayıb. “Və mən hesab edirəm ki, biz düzgün iş gördük, çünki bu, bizim işimizdir. Və Ermənistan hökuməti nə qədər bəzi dairələr bunu görməsə də və ya Ermənistan və Artsax arasında ziddiyyətlər səpməyə çalışsa da, Artsaxın yanında olub, var və olacaqdır”- deyərək Baş nazir bildirib. ( 1 dollar 430 dram təşkil edir).