BaşlıcaEkonomika

Sanosyan: “Metsamor AES ilk dəfə olaraq gücün 98%-i ilə işləməyə başlayıb”

Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan 2040-cı il üçün enerji sektoru strategiyasının qəbulunu mühüm nailiyyət hesab edir.

Alınan məlumata görə, parlamentdə Ermənistan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı Sanosyan hökumətin bütün hərəkətlərinin məhz bu strategiyadan irəli gəldiyini vurğulayıb.

“Keçən il bizim enerji sistemində mühüm rol oynayan 254 meqavatlıq istilik elektrik stansiyalarının gücü ilə ArmPower-ı işə salmaq mümkün olub”-deyə Sanosyan bildirib.

Nazir həmçinin Metsamor Atom Elektrik stansiyasının işinə də toxunub.

 “Atom elektrik stansiyası hər il müəyyən  məsələlərlə dayanır, müəyyən təmir mərhələsindən keçir. Keçən il kifayət qədər mərhələli idi, bəzi sahələrdə dəyişikliklər edildi və sonda mühüm nailiyyət əldə etdik:

1995-ci ildən Atom elektrik stansiyası öz gücünün 92%-i ilə işləyirdi və keçən il kapital dəyişikliyindən sonra ilk dəfə olaraq 98%-lə artıq işləməyə başladı” – deyərək  Qnel Sanosyan qeyd edib.

Daha çox göstər
Back to top button