
ER hökumətinin rəsmisi bildirib ki, Baş nazir Ermənistan parlamenti ilə ATƏT PA arasında sıx əməkdaşlıq və daimi dialoqu mühüm hesab edib.
Nikol Paşinyan Ermənistanda həyata keçirilən demokratik islahatlara toxunub, onların səmərəli həyata keçirilməsində beynəlxalq birliyin mühüm rolunu vurğulayıb.
Baş nazir əlavə edib ki, demokratik prinsiplərin və institutların inkişafı və gücləndirilməsi bundan sonra da Ermənistan hökumətinin önəmlikləri sırasında olacaq.
Marqareta Sederfelt ER parlament nümayəndə heyəti ilə əməkdaşlığı yüksək qiymətləndirib, onun Assambleyada aktiv fəaliyyətini qeyd edib.
O, Ermənistan Respublikasında aparılan demokratik islahatları alqışlayıb və 2021-ci il üçün beynəlxalq standartlara uyğun növbədənkənar parlament seçkilərini yüksək qiymətləndiribdir.