BaşlıcaEkonomika

Yerevanda “SILICON MOUNTAINS – 2022” beynəlxalq texnologiya sammiti işə başlayacaq

İyunun 17-də Yerevanda rəqəmsal transformasiyaya həsr olunmuş “SILICON MOUNTAINS – 2022” beynəlxalq texnoloji sammiti işə başlayacaq.

İKT İşəgötürənləri İttifaqının icraçı direktoru Eduard Musayelyanın jurnalistlərlə görüşü zamanı bildirdiyi kimi, tədbirin məqsədi Ermənistanı dünyaya mürəkkəb texnologiyaların layihələndirilə və ixrac oluna bilən ölkə kimi təqdim etməkdir. Musayelyan xatırladıb ki, dünyanın bütün inkişaf etmiş ölkələri bu yolla gedib və gedirlər.

Eduard Musayelyan məlumat verib ki, sammit çərçivəsində Ermənistan rəsmiləri, bu sahənin aparıcı şirkətlərinin rəhbərləri, xaricdən dəvət olunmuş ekspertlər rəqəmsal transformasiya imkanlarını, rəqəmsal həllərin müxtəlif sahələrdə tətbiqini müzakirə edəcək, öz ideyalarını təqdim edəcəklər.

“Sammitin mövzuları rəqəmsal transformasiya, fintek və kibertəhlükəsizlik olacaq. Panel müzakirələrində 15-dən çox məruzəçi iştirak edəcək, sammitdə 50-dən çox şirkət təmsil olunacaq. İndi biz imkanları genişləndirmək və daha çox insanın, xüsusən də gənclərin iştirakını artırmaq barədə düşünürük. Sammit çərçivəsində yeni sazişlər imzalana bilər”, – deyə o əlavə edib.

Daha çox göstər
Back to top button