BaşlıcaSiyasət

ER Prezidenti: “DQ məsələsinin müzakirəsi nə vaxtsa RF, ABŞ və Fransanın bir masa ətrafında əyləşəcəyi platforma ola bilər”

Bütün danışıqlarda Azərbaycan tərəfinin artıq heç bir problemin olmaması   təkidlərinə baxmayaraq bütün danışıqlar zamanı erməni tərəfi  DQ  probleminin olduğunu vurğulayır

Alınan məlumata görə, bu haqda  ER  Prezidenti Vahaqn Xaçaturyan Rusiyanın erməni icması ilə görüşündə deyib:

 “Bütün danışıqlarda, birgə bəyanatlarda biz həmişə vurğulayırıq ki, Dağlıq Qarabağ problemi var, bu, istənilən görüş zamanı qeydə alınmalıdır” – deyərək ER Prezidenti bildirib.

O, əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr Minsk Qrupu həmsədrlərinin platformasında davam etdirilməlidir. Prezidentin sözlərinə görə, Minsk Qrupu həmsədrləri də Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını düşünürlər.

“Burada belə bir mühüm məsələ var: sanki, bugünkü şəraitdə  həmin görüşü təşkil etmək mümkün deyil, çünki Rusiya, ABŞ və Fransa bir masa arxasında otura bilməzlər, amma razılaşma elədir ki, biz davam etməliyik”- deyərək  Xaçaturyan əlavə etdi ki, RF tərəfindən həmçinin belə əhval-ruhiyyə var.

Onun sözlərinə görə, bu, həm də Rusiya, ABŞ və Fransanın nə vaxtsa masa arxasına əyləşməsi üçün xüsusi platforma ola bilər. “Adı Dağlıq Qarabağ məsələsi olacaq, amma bu ad altında başqa məsələlər də müzakirə oluna bilər.

Mən bunu çox vacib hesab edirəm” – deyən ER Prezidenti dialoq olmayan hər bir məsələnin sonunun münaqişə və ya  müharibə olacağını bildirib.

Daha çox göstər
Back to top button