“Miss MDB 2022” müsabiqəsinin qalibi və səhnədə evlilik təklifi

Yerevanda “Miss MDB 2022” beynəlxalq gözəllik müsabiqəsi keçirilib və müsabiqənin qalibi qazaxıstanlı Diana Pirtanova olub. Tacqoyma mərasimindən bir neçə dəqiqə sonra verdiyi müsahibədə o, qələbəyə inanmadığını bildirib.
Gürcüstandan olan Emi Mxitaryan 1-ci vitse-mis kimi tanınıb. Emi Gürcüstanda yaşayan ermənidir. 2-ci vitse-mis Estoniyalı Karina Nizinkaya seçilib. 3-cü vitse-miss Belarusdan Yekaterina Pşentsyeva olub. Müsabiqədə iki erməni qadın iştirak edib: Viviana Asaturi və Seda Sargsyan.
Sonuncunun sevgilisi ona səhnədə evlilik təklifi edib. Digər erməni qadın Viviana isə “Miss Şarm” titulunu alıb. Müsabiqə çərçivəsində Ermənistana müxtəlif ölkələrdən sahə üzrə ekspertlər, model agentliklərinin rəhbərləri gəlib. Xatırladaq ki, bu il müsabiqədə 15 ölkədən 23 qız iştirak edib.