
Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində Rusiya ilə Türkiyə arasında münaqişənin qızışması təhlükəsi var. Məsələ türk tərəfdaşlarının Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada tam olaraq necə davranacağıdır.
Bu haqda jurnalistə müsahibəsində rusiyalı türkoloq Vladimir Avatkov deyib.
Onun sözlərinə görə, nə qədər ki, iqtisadi əməkdaşlıq, enerji, turizm, tikinti, təhlükəsizlik sahələrində əməkdaşlıq (Suriya və dünyanın bir çox başqa yerləri) var, bütün bunlar tərəflərə fikir ayrılıqlarını aradan qaldırmağa imkan verən möhkəm zəmin yaradır.
Avatkov qeyd edib ki, Rusiya son illər problemləri fürsətə çevirmək üçün böyük səylər göstərir.
“Rusiyanın Türkiyə ilə münasibətləri göstərir ki, onlar uğur qazana bilərlər. Üstəlik, Moskvanın Ankara ilə çoxlu problemləri var, xüsusən də Ukrayna məsələsində çoxlu fikir ayrılıqları mövcuddur.
Amma tərəflər bir masa ətrafındadır və bu çox vacibdir. Rusiya çox çətin danışıqlarda türklərlə çətin məsələləri həll etməyə hazırdır.
Rusiya ABŞ-dan məhz bununla fərqlənir.Amerikalılar gəlib deyirlər ki,bu son olacaq və son.Onlar qarşılıqlı güzəştlərə getməyə hazır deyillər.
Digər tərəfdən Rusiya həmişə balans axtarır və birmənalı olaraq hər hansı gərginləşdirmənin əleyhinədir.Türkiyə Cənub-Şərqdə vəziyyətin gərginliyinin qarşısını almaq üçün Cənubda təhlükəsizliyini təmin etməyə çalışır.
PKK-ya qarşı əməliyyat üçün hələ də hazıq gedir.Rusiya və ABŞ ilə danışıqlar aparılır. Növbəti Rusiya-Türkiyə-İran formatı Astanada keçirildi və bu ölkələr danışıqlara hazırdırlar, halbuki əvvəllər bunu təsəvvür etmək belə mümkün deyildi.
Bu, artıq böyük nailiyyətdir və bu, çoxmərkəzli dünya nizamının birləşməsini göstərir.
Moskva bir çox məsələlərdə Türkiyə ilə razılaşmır, lakin bu o demək deyil ki, Rusiya amerikalılar kimi öz iradəsini diktə etməlidir” – deyərək Avatkov bildirib.