ArtsaxBaşlıca

David Babayan: “Yeni əsərdə Artsax haqqında mühüm faktlar təqdim olunacaq”

Artsax Respublikasının Ermənistan Respublikasındakı Daimi nümayəndəliyində “Artsaxın əsas  problemi – Artsax Respublikasının xarici siyasəti” əsərinin təqdimat mərasimi  olub.

Alınan xəbərə görə, Artsax Respublikasının Xarici işlər naziri Davit Babayan qeyd edib ki, əsərdə Artsaxla bağlı faktlar, əsas ideyalara dair məsləhətlər, əsas konsepsiyalar vardır. Son bir il ərzində o, öz funksiyaları ilə yanaşı, Artsax Xarici işlər nazirliyində də bu iş üzərində  çalışıbdır.

“Bu, siyasi, ictimai, media nümayəndələri və elmi-maarif dairələri üçün faydalı olacaq bir arayış əsəridir, yaxud bir növ ensiklopediyadır.

Müxtəlif proseslər və faktlar təqdim olunur. Əsər bir neçə hissədən ibarətdir. Birinci hissə tarixi anlayışdır.

Bəzən boşluqlar olur, məsələn, Artsax nədir və  Qarabağ nədir? Mən əminəm ki, cəmiyyətin əksəriyyəti onları fərqləndirmir.

Ona görə də biz bütün bunları təqdim etməyə çalışdıq ki, əgər insan bir tarixçi deyilsə heç olmasa bu yolla dəqiq məlumat əldə edə biləcək”- deyərək o, qeyd edib.

Davit Babayan deyib ki, kitab rənglidir, xəritələr var. Tarixi Artsax, Qarabağ anlayışı, Ermənistan tarixində Dağlıq Qarabağın yeri və rolu, diplomatiyamızın tarixi haqqında məlumatlar var. Artsax Ermənistan və diplomatiya tarixində böyük və həlledici rol oynamışdır.

“Bir sıra mühüm konsepsiyalar təqdim olunur ki, daha çox Azərbaycan tərəfindən istismar olunur. Söhbət Xocalıdan gedir. Qeyd etməliyəm ki, Artsax dünyada heç bir sərhədi olmayan yeganə ölkədir.

Sərhədlərimiz təmas xəttinə çevrilib. Əsər xüsusiylə qısa şəkildə bilməli olduğumuz şeyi, Azərbaycan “arqumentlərinə” qarşı necə mübarizə aparmalı və öz milli maraqlarımıza əsaslanan siyasətimizi necə aparmalı olduğumuzu təqdim edir” –  deyə Babayan bildirib.

 O, əsərin ikinci hissəsinə toxunaraq bildirib ki, burada həm də humanitar aspektlər – qaçqınlar, hərbi əsirlər və s. təqdim olunur. 1918-ci ildən 2020-ci il müharibəsinin sonuna qədər müxtəlif dövrlərdə Azərbaycan tərəfinin güc tətbiqi, terrorçuların cəlb edilməsi  və təbii ki, mədəniyyət soyqırım təqdim olunur. Yəni davamlı olaraq danışdığımız bütün ideyalar özünə yer tapıb.

Artsax Xarici işlər nazirinin sözlərinə görə, üçüncü hissə Artsax Respublikasının xarici siyasətinin əsas konsepsiyasına istinad edir.

Ümumiyyətlə, bizim xarici siyasət fəlsəfəmiz nədir, beynəlxalq tanınma prosesi, hərbi-siyasi potensial hansı əsaslarla gedir, hansı subyektlər – ölkələr Artsax Respublikasını tanıyıblar?

“Bu əsər bütün əsas ideya və anlayışların kiçik ümumi ensiklopediyasıdır. Tələbat olduğu üçün indi rus dilinə tərcüməyə başlamışıq. Çox güman ki, ingilis dilinə də tərcümə edəcəyik.

Tərcümə bitdikdən sonra hər iki tərcüməni nəşr etməyi hədəfləyirik”- deyərək  Davit Babayan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button