ArtsaxBaşlıca

Davit Babayan Rusiya sülhməramlılarının Artsaxdakı missiyasının uzadılacağını düşünür

Artsax Respublikasının Xarici işlər naziri Davit Babayan Rusiya sülhməramlılarının Artsaxdakı missiyasının uzadılacağını düşünür.

Alınan məlumata görə, Artsaxın Xarici işlər naziri Davit Babayan bu haqda  Artsax Respublikasının Ermənistan Respublikasındakı daimi nümayəndəliyində jurnalistlərlə görüşündə bəyan edərək, Rusiyanın region üçün mənəvi məsuliyyət daşıdığını vurğulayıb.

“Məncə, Rusiya sülhməramlılarının Artsaxdakı missiyası uzadılacaq. Sadəcə olaraq alternativ yoxdur, çünki münaqişə hələ həll olunmayıbdır”- deyərək  o, qeyd edib.

2020-ci ildə Artsaxda Rusiya sülhməramlı birləşməsinin keçmiş komandiri, general-leytenant Rüstəm Muradov noyabrın 9-da Mahaçqalada keçirilən görüşdə TASS müxbirinə bildirib ki, Rusiya sülhməramlı missiyasının uzadılması barədə qərar beş illik müddət başa çatdıqdan sonra veriləcək.

Muradov həmçinin qeyd edib ki, o, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətini müsbət qiymətləndirir.

Daha çox göstər
Back to top button