BaşlıcaEkonomika

Mişustin: “RF ilə ER arasında ticarət dövriyyəsi 30% artıb”

RF Baş naziri qeyd edib ki, Rusiya qardaş Ermənistanla xüsusi əlaqələri yüksək qiymətləndirir.

Cari ilin yanvar-aprel aylarının yekunlarına görə, Ermənistan və Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi 30% artaraq 890 milyon dolları ötüb.

ER Baş nazirinin mətbuat xidməti xəbər verir ki, bu haqda Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Minskdə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib.

“Rusiya Ermənistanın əsas xarici ticarət tərəfdaşı, Ermənistan iqtisadiyyatının sərmayədarıdır. Ticarət baxımından, düşünürəm ki, hələ də artım üçün imkanlar vardır.

ER  iqtisadiyyatında Rusiya kapitalının həcmi 2 milyard dollardan çoxdur. Burada artım üçün imkanlar həmçinin var və rusiyalı investorların Ermənistana investisiyalarını genişləndirməsi mümkün olacaqdır” – deyərək Mişustin bildirib.

Onun sözlərinə görə, Ermənistanda neft-qaz, nəqliyyat, rəqəmsal texnologiyalar və digər sahələrdə iri yerli şirkətlər var. RF ümid edir ki, Ermənistan hökuməti Rusiya şirkətləri üçün əlverişli şərait yaratmağa davam edəcək.

Rusiya icra başçısı onu da qeyd edib ki, bu məsələlər hökumətlərarası komissiyanın diqqət mərkəzindədir.

Xatırladaq ki, iyunun 20-də ER Baş naziri Nikol Paşinyan Minskdə işgüzar səfərdə olub və burada Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Bu gün dar çərçivədə keçirilir, sabah isə geniş tərkibdə keçiriləcək.

Daha çox göstər
Back to top button