Başlıcaİctimaiyyət

Yerevan “Global Startup Ecosystem Index-2022”-də Tbilisi və Ankaranı qabaqlayaraq 244-cü yeri tutub

“Global Startup Ecosystem Index-2022” beynəlxalq reytinqi 1000 şəhər və 100 ölkədə ekosistemə dair ən əhatəli hesabatı dərc edib, bunlar arasında Yerevan dünyada 244-cü yerdədir və Qafqaz regionunun digər şəhərlərini qabaqlayır.

“Yerevan startap ekosistemi dünyada 244-cü yerdədir və 2021-ci ildən 38 pillə yüksəlməklə müsbət dinamika nümayiş etdirir. Yerevan Ermənistanda birinci, Şərqi Avropada isə 19-cudur. Yerevan məlumat, təhsil, marketinq və satış sahələrində startapları yerləşdirmək üçün ideal yerdir”,-deyə hesabatda qeyd olunur.

Müqayisə üçün qeyd edək ki, sözügedən beynəlxalq reytinqə əsasən Tbilisi 382-ci, Bakı 443-cü, Ankara 280-ci yerdə qərarlaşıb.

Ermənistana gəlincə, Global Startup Ecosystem Ranking-də o, 5 pillə yüksələrək 60-cı yeri tutub.

Daha çox göstər
Back to top button