Moskva yaxın vaxtlarda delimitasiya üzrə komissiyanın ikinci iclasını keçirməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Ermənistanla Azərbaycan ayrı-ayrı sərhədyanı hissələrində vaxtaşırı baş verən insidentlər sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın planlı və müntəzəm işinin aktuallığını və vacibliyini təsdiq edir”- deyə Zaxarova vurğulayıb.
“Biz delimitasiya ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını ən yaxın vaxtda Moskvada keçirməyə hazırıq. Tərəflər ikinci iclasın Moskvada keçirilməsi barədə mayın 24-də razılaşıblar”- deyə o qeyd edib.
Zaxarovanın sözlərincə, sərhəddə sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi ilə bağlı addımların atılması vacibdir.