BaşlıcaSiyasət

ER Korrupsiyaya qarşı mübarizə komitəsi və ABŞ Federal təhqiqatlar bürosu arasında anlaşma memorandumu imzalanıb

12-17 iyun 2022-ci ildə Ermənistan Respublikasının Korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini vəzifəsini icra edən Muşeğ Babayan ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib.

Alınan məlumata görə, Ermənistan Respublikasının Korrupsiyaya qarşı mübarizə komitəsibildirib ki, səfər çərçivəsində ABŞ Federal təhqiqatlar bürosunun, ABŞ Dövlət departamentinin narkotiklərlə nübarizə bürosunun, dünya mübarizə təşkilatının nümayəndələri və Korrupsiyaya qarşı mübarizə bürosu və digər strukturlar ilə görüşlər keçirilib.

Korrupsiya, o cümlədən çirkli pulların yuyulması və qanunsuz varlanma hallarının araşdırılması metodologiyası ilə bağlı məsələlər, bu hüquqpozmaların araşdırılmasında əsas çətinliklər və onların aradan qaldırılması üçün istifadə olunan vasitələrdən istifadə nümunələri, əməliyyat-axtarış fəaliyyətində tətbiq edilən innovativ yanaşmalar müzakirə olunub.

Səfər zamanı ER Antikorrupsiya komitəsi ilə ABŞ Federal təhqiqatlar bürosu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumun imzalanmasında məqsəd oxşar funksiyalara malik iki qurum arasında birbaşa əlaqəni və məlumat mübadiləsini təmin etmək, korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq, mübadilə proqramları, kurslar və digər işçi müzakirələrinin təşkilidir.

ABŞ Federal Təhqiqatlar bürosu, ABŞ Dövlət departamentinin narkotiklərlə mübarizə və Hüquq hühafizə orqanları üzrə əməkdaşlıq İdarəsi ilə razılıq əldə olunub və Komitənin yekun kadr hazırlığından sonra peşəkar biliklərin və beynəlxalq təcrübənin inkişafına yönəlmiş treninq kursları və tədris səfərləri təşkil edilib

Daha çox göstər
Back to top button