BaşlıcaSiyasət

Erməni deputat AŞ PA-nı öz müqəddəratını təyinetmə hüququnun müdafiəsini qeyd etmədiyinə görə tənqid edib

Ermənistan parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin daimi üzvü Armen Gevorkyan AŞ PA-nın plenar sessiyasında “Avropada yeni təhlükəsizlik çağırışları. Avropa Şurasının rolu” mövzusunda  müzakirə ərzində çıxış edib.

“Cənab sədr, son onilliklər ərzində təşkilatımız azlıqların hüquqları, gender bərabərliyi, müxtəliflik və demokratik dövlət üçün vacib olan digər məsələləri həll etməyə çalışıb.

Amma biz demokratik sülhün ən fundamental məsələlərini, yəni yaşamaq hüququnun və xalqların öz müqəddəratını təyinetmə hüququnun müdafiəsini həll edə bilməmişik.

Mənə elə gəlir ki, biz insan taleyinə kifayət qədər seçici, çox vaxt isə  geosiyasi kontekstdə  yanaşmağa başlamışıq.Bu Assambleyadakı bəzi müzakirələr göstərir ki, biz siyasi məqsədəuyğunluq baxımından bəzi avropalıların əzablarının digər avropalılarınkindən daha əhəmiyyətli hesab edilməsinə, bəzi Avropa xalqlarının öz müqəddəratını təyinetmə hüququnun qeyd-şərtsiz, digərlərinin isə yalnız deklarativ xarakter daşımasına icazə vermişik.

Biz üzv dövlətlərimizdə ölüm cəzasının ləğvi üçün çox səy göstərmişik, lakin yüksək texnologiyalı sənayenin yeni öldürücü silahlar hazırlamasına və onları bazarda sərbəst satmasına göz yumuruq.

Mən heç vaxt bəzi üzv dövlətlərin ağ fosfor bombaları kimi qadağan olunmuş silahlardan necə istifadə etdiyini ortaya qoyan araşdırmalar və ya faktaraşdırıcı missiyalar barədə eşitməmişəm.

Bəzi üzv dövlətlər əsas hüquq və azadlıqlara məhəl qoymamaqla, güc və ya puldan istifadənin bəzi məsələləri həll edə biləcəyini göstərdilər.

Cənab sədr, Avropa Şurasının təhlükəsizlik məsələləri ilə məşğul olmadığını izah edərək müəyyən fundamental hüquq və azadlıqların pozulmasını müzakirə etməkdən çəkinmək bizim təşkilat üçün qəribə ənənəyə çevrilib.

Bu, çox qəbuledilməz mövqedir, əslində, yeni qanun pozuntularına təkan verir. Harada qərara alınıb ki, xalqların öz müqəddəratını təyin etmək hüququ Avropa Şurasının maraqlarından kənardır, təşkilatımızın hər hansı bir üzvünün minlərlə günahsız insanın ölümünə səbəb olan hər hansı hərbi təcavüzü bizim mandatımız daxilində deyilmi?

Mən çalışıram, amma başa düşə bilmirəm ki, Avropa Parlamenti, məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul etməklə, dəyərlərin – insan haqlarının dili ilə necə danışa bilir, Avropa Şurası və onun orqanları, o cümlədən bu məclis, “siyasi korrektorluğun” arxasında gizlənir və hər şeyi öz adıyla səsləndirmirlər.

Cənab sdr, mən bütün bu məsələləri yalnız bir məqsəd üçün səsləndirirəm.O da təşkilatımızın inkişafına töhfə vermək, onu narahat dünyamıza daha uyğunlaşdırmaq üçündür.

Mən düşünürəm ki, hörmət, etimad və dialoq mühitini bir daha təsdiq etməklə biz təşkilatımızı beynəlxalq əməkdaşlıq və azad dünyanın dəyərlərinin qorunması üçün müvafiq foruma çevirə bilərik” – deyərək Armen  Gevorkyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button