“İsgandar” operativ-taktiki raket sistemi çox dəqiqdir, o, “Rusiya ballistik raketlərini buraxa bilən ən populyar sistemdir”.
Bu haqda Amerikanın hərbi 19FortyFive saytı yazır və əlavə edir ki, bu, uzun illərdir ki, Qərb hərbi mətbuatında müzakirə olunur. Məqalə müəllifi yazıda bu raketin nə qədər ölümyağdırıcı olması sualına cavab verməyə çalışdığını qeyd edir.
“İskandar” hava hücumundan müdafiə sistemlərinin potensial düşmən hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Kompleksin inkişafı 1988-ci ildə başlayıb, ilk pilot buraxılışı 1996-cı ildə baş tutub. 9M723 kvazi-ballistik raketin hədəf məsafəsi 500 km-dir. Raket 700 kq-a qədər çəkisi olan döyüş başlığını daşıya bilir.
Qeyd olunur ki, “İskandar” ballistik qanadlı raketlərin buraxılışı üçün ən müasir Rusiya platforması olmaqda davam edir. 9P78 buraxılış qurğusu üç nəfərlik ekipajla iki raket daşıya bilir.
Məqalədə deyilir ki, “İsgandar” Rusiyada ən müasir olan universal ballistik raketlə təchiz edilib. Bu onu göstərir ki, “İsgandar” Rusiya quru qoşunlarının arsenalında əsas element olaraq qalacaq.
Müəllif vurğulayır ki, 2016-cı ildə Ermənistan ilk dəfə “İskəndər-E” ballistik raket kompleksini ixrac etmək imkanı əldə edib.